Əməkdar artist şəhid ərinin görüntülərini paylaşdı
Tarix: 10-01-2019, 11:34



Əməkdar artist Gülüstan Əliyeva instaqramda Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun görüntülərini yayıb.  “Qafqazinfo” xəbər verir ki, sənətçi şəhidin 10 yanvar tarixində doğum günü olduğunu qeyd edib. 
G. Əliyeva, əvvəlcə Z. Əhmədovun dostları ilə videosunu paylaşaraq belə şərh yazıb: “Unudulmayanlar! Sizləri unutmadıq, vətən üçün doğulduğunuz üçün vətən üçün öldünüz. Bu gün Cəbrayilin igid oğlu Zahid Əhmədovun doğum günüdür. Videoda danışan şəxslər isə şəhidlərimizdir”. 
Xanəndə-müğənni daha sonra mərhum ərinin fotosunu paylaşıb və  “doğum günün mübarək şəhidim” şərhini yazıb. 

Paylaş: