Efirlərimizdə ədəbiyyat verilişləri niyə yoxdur?
Tarix: 10-01-2019, 09:06



Efirlərimizi bayağı, şou xarakterli verilişlər zəbt etdiyindən ədəbiyyatla bağlı verilişlər arxa planda qalıb. İnsanların maariflənməsi üçün lazım olan bu cür ədəbi verilişlərə yer ayırmaq heç kimin marağında deyil. 

Məsələyə cavab almaq üçün şairlərə müraciət etdik:

Tanınmış şair Vahid Əziz bildirdi ki, efirlərimizdə ədəbiyyat verilişlərinin olmaması məni də maraqlandırır, amma səbəbini mən yox, AYB bilər:

“Bu məsələ məni də maraqlandırır. Telekanalların bəzilərinə deyirlər ki, çağdaş yazarların şeirləri heç kimə lazım deyil. Bunu xalq şairlərindən, yazıçılarından soruşun. Mən nə deyə bilərəm, sözümə qulas asan var? AYB-nin rəhbərliyindən soruşun ki, niyə telekanallarımızda ədəbiyyata yer verilmir? Onlar  birbaşa buna cavab verməlidir və ədəbiyyatın marağını qorumalıdır. İndi elə olub ki, yazıçı öz pulu ilə kitabını çap etdirir. Yəni pulun olmasa kitabın çap olunmur. Amma telekanallarda ədəbiyyata yer verilməməsinə AYB cavab verməlidir”. 

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca isə saytımıza açıqlamasında sualımızın cavabını bilmədiyini dedi:

“Siz dəqiq bilirsiniz ki, bunun səbəbini bilirəm? Efirlərimizdə ədəbiyyat verilişlərinin olmamasını bu işlə məşğul olan adamlardan soruşun. Mən də sizin kimi hərdən oturub qulaq asıram. Düz qeyd edirsiniz, amma bu mənim ixtiyarımda olan məsələ deyil”. 

Paylaş: