"İndi tezdir, amma yəqin ki, bir neçə il sonra illərin keçməyinə görə, kövrələcəm"
Tarix: 10-01-2019, 09:04



Dünən Azərbaycanın xalq artisti, aktyor İlham Namiq Kamalın doğum günü idi. İ.N.Kamal 1949-cu il yanvarın 9-da Bakıda anadan olub. 

Doğum günü ilə bağlı Moderator.az-a danışan xalq artisti öz xoş təəssüratlarını bölüşüb:

“Diqqətiniz üçün təşəkkür edirəm. Bu gün 69 yaşım tamam olur, amma özümü o yaşda hiss etmirəm. Doğum günlərimi adi günlərdən biri kimi ailəmlə birlikdə qeyd edirəm. İndi tezdir, amma yəqin ki, bir neçə il sonra illərin keçməyinə görə, kövrələcəm”. 

Xatırladaq ki, İlham Namiq Kamal teatr rejissoru, “İlham” Miniatur teatrının direktoru və bədii rəhbəridir. ADMİU-nun “Musiqili teatr aktyoru” kafedrasının müdiridir. 

Biz də kollektivimiz adından xalq artistimizi təbrik edirik.

Paylaş: