"O, heç kimin pulu ilə narkotik almayıb" - Dünyasını dəyişən azərbaycanlı məşhur haqda iddia
Tarix: 9-01-2019, 10:18



Ötən ilin dekabr ayında dünyasını dəyişən tanınmış klarnet ifaçısı Zahid Sabirabadlı haqda yeni iddialar səsləndirilib.
Open.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişinə qoşulan əməkdar artist Cavanşir Məmmədov Zahidin ölüm səbəbindən danışıb.
O, ifaçının narkotik vasitələrə görə vəfat etmədiyini bildirib: “Zahid heç kimin pulu ilə narkotik qəbul etməyib. Onu bu günə qoyana Allah lənət etsin. Bu adam narkotikdən ölməyib. Zahir ürək xəstəsi olub. O, bir həftə xəstəxanada yatıb. Daha sonra evə gedib, yatıb. Uşaqlarına da deyib ki, onu oyatsınlar və toya getsin. Bundan sonra yatıb və durmayıb”

Paylaş: