“Çukur”da Akın Koçovalını bu aktyor canlandıracaq
Tarix: 9-01-2019, 10:13



“Çukur” serialında Akın Koçovalı obrazını kimin canlandıracağı barədə iddia səsləndirilib.
“Ölkə.Az” xəbər verir ki, iddiaya əsasən, uzun müddətdir ekranlardan uzaq qalan gənc aktyor Ekin Koç bu obraz üçün seçilib.
Dekabr ayında serialın sonuncu mövsümarası seriyasında Yamaç, yəni filmin baş qəhrəmanı xəyanətlə üzləşmişdi. O, meşədə gözlədiyi halda qəflətən güllə yarası alır. Yamaç onu vuran insanı görəndə “Niyə” sualını vermişdi.
Sosial şəbəkələrdə Yamaçı vuran şəxsin Medet olduğu müzakirə edilir. Başqa bir ehtimal isə Səlimin oğlu Akın Koçovalının Yamaçı vurmasıdır.
Ekin Koç sonuncu dəfə “Çempion” filmində kamera qarşısına keçib. Serialın istehsalçısı olan şirkət isə hələlik iddialara cavab verməyib.


 


Paylaş: