Şou-biznesin iki küsülü məşhuru barışdı
Tarix: 9-01-2019, 10:05



“W-Trio” qrupunun keçmiş solistləri, müğənni Natavan Həbibi ilə Səidə Sultan barışıb.  “Qafqazinfo” xəbər verir ki, əvvəlcə Səidə instaqram səhifəsində müğənnilərlə çəkilmiş arxiv şəkillərini yayıb.  
Sözügedən paylaşımlar arasında sənətçinin küsülü həmkarı Natavanla fotosu da yer alıb. Səidə instaqramda “Çox insan köhnə şəkillərinə baxmağı xoşlamır. Bu fotolar köhnə olsa da, ən gözəl, ən səmimi günləri xatırladır. Sənətə gəldiyim ilk illərdə estrada da peşəkar ifaçılarla yollarımın kəsişməsi çox gözəldir”- qeydini edib. 

Həmin şəkillərə əməkdar artist Tünzalə Ağayeva, Aygün Kazımova və başqaları reaksiya verib.  Onlar arasında apreldən bu yana Səidə ilə münasibəti olmayan Həbibi də olub.  O, “Domodedova- Şeremetevo günləri” yazaraq rəfiqəsi ilə barışdığını elan edib. 







Paylaş: