“Həkimlər və övladlarımın nəzarəti altındayam”
Tarix: 9-01-2019, 09:04



“Biz sənət fədailəriyik, yaşımız çox olsa da hələ də xalqımız tərəfindən tanınırıq, sevilirik. Yolda görəndə hələ də məni tanıyırlar, şəkil çəkdirirlər”.


Bunu Moderator.az-a açıqlamasında mahir qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilov deyib. Qocaman sənətkar çoxdandır,  telekanallarda hazırlanan  verilişlərdə görünmür, mediada barəsində yazılan yazılar nəzərə çarpmır. Lakin o, bu gün də öz nikbinlik və razılığını gizlətmir: 


 “Biz sənət fədailəriyik, yaşımız çox olsa da hələ də xalqımız tərəfindən tanınırıq, sevilirik. Yolda görəndə hələ də məni tanıyırlar, şəkil çəkdirirlər. Ötən il, Möhtərəm Prezidentimiz məni “Şərəf” ordeni ilə təltif etdi. Martın 1-də yubileyimi yüksək səviyyədə qeyd etdilər. Sənət dostlarımla - Əlibaba Məmmədovla, Alim Qasımovla tez-tez söhbətləşirik, bir-birimizlə əlaqə saxlayırıq”. 

Xalq artisti səhhətinin normal olduğunu deyir:

“Bəzən yaşla əlaqədar yaranan problemlər olsa da həkimlərin və övladlarımın nəzarəti altındayam. Bizim kimi sənətkarları unutmadığınız üçün sizə də təşəkkür edirəm”.

Paylaş: