“Filmlərdə aktyor kimi rol təklif etsələr...”
Tarix: 9-01-2019, 09:03



Bir çox tanınmış sənətkarlarımız öz ifaları ilə yanaşı, filmlərdə də rol alırlar. 


Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun filmlərdə rolu olmasa da bir neçəsində musiqi ifa edib.

 
Bəs, Alim Qasımov filmlərə dəvət alarsa, bunu qəbul edərdimi? 

Moderator.az-ın sualını cavablandıran xalq artisti bildirdi ki, əgər dəvət olarsa, təklif olunan rolun öhdəsindən gələ bilər: 

““Doğma Sahillər”, “Bəxtəvər”, “Gecə Qatarında qətl”, “Qəzəlxan”, Sergey Paracanovun çəkdiyi “Aşıq Qərib” və digər filmlərdə ifalarım olub. Hətta “Aşıq Qərib” filminə görə, Festivalda da Xüsusi mükafata layiq görülmüşəm. Əlbəttə, hər hansı filmə aktyor kimi rol təklif etsələr məmnuniyyətlə, öhdəsindən gələrəm”.


Xalq artisti bir müddət əvvəl səs tellərində yaranan problemin də artıq keçdiyini bildirib: 


“Səhhətim əladır, heç bir sağlıq sıxıntım yoxdur. Bir müddət əvvəl səs tellərimdə yaranan problemlər yorğunluqla bağlı idi və istirahət etdikdən sonra bunun da öhdəsindən gəldim. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”.

Paylaş: