Repçi Qurd: "Boşanmışam, amma..."
Tarix: 8-01-2019, 14:30



Repçi Qurd şəxsi həyatı barədə danışıb.
"Ölkə.Az"ın məlumatına görə, "Xəzər" televiziyasında Tolikin aparıcılığıyla yayımlanan "Hər şey daxil" verilişində qonaq olan sənətçi bildirib ki, üç il öncə boşanıb:
"Bu barədə çox danışmağı və şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Sadəcə onu deyə bilərəm ki, üç ildir boşanmışam, səkkiz və üç yaşlarında iki oğlum var. Övladlarımla mütəmadi əlaqə saxlayıram".
Qurd Tolikin "ikinci dəfə ailə qurmağı düşünürsənmi" sualını "qismət" deyərək cavablayıb:
"Hazırda həyatımda heç kim yoxdur. Nə olacağını zaman göstərəcək".

Paylaş: