“Human” teatrı festivalda iştirak edib
Tarix: 16-08-2017, 12:18


Müstəqil “Human” teatrı 7-11 avqust tarixində Türkiyyənin Bartın şəhərində keçrilən “11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017” teatr festivalında iştirak edib. Teatr festivalda, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poeması əsasında hazırlanmış “ANQLETER 1925” psixoplastik vəhy – mono tamaşası ilə çıxış edib.

UlduzumSan.Az xəbər verir ki, festivada teatrı teatrın bədii rəhbəri Pərviz Məmmədrzayev, direktoru Şamil İbrahimov, gənc əməkdaşları Sürayyə Əziz və Esmeralda Abdulayeva təmsil ediblər.
32-dən çox teatrın qatıldığı festivalda, 16 təlimçi və 10 ustad dərsləri arasında “Human” Teatrının bədii rəhbəri Pərviz Məmmədrzayevin “aktyor sənəti və plastika” adlı ustad dərsi də yer alıb. İştirakçıların istəyi ilə Pərviz Məmmədrzayevin proqramda növbədən kənar yer alan “aktyorun məkanla vəhdəti” ikinci ustad dərsi çox maraqla qarşılanıb.
Eyni zamanda proqram və ustad dərslərində xüsusi fəallığı ilə seçilən teatrın gənc əməkdaşı Esmeralda Abdullayeva Eskişehir sanat tiyatrosunun “Nasrettin Hoca” adlı tamaşasında rol alaraq çıxış etmişdir.
Bundan əlavə müstəqil “Human” teatrı qarşıdan gələn üç ayrı ayrı festivallara dəvət alıb.

Paylaş: