Xanım aktrisa: “İntim səhnələri atamın izləməsini istəmirəm”
Tarix: 8-01-2019, 13:04



Türkiyənin tanınmış aktrisalarından olan Nilperi Şahinkaya Kerem Bürsin, Elçin Sangu, Birkan Sokullu və Selma Ergeç kimi məşhurların rol aldığı ilk vampir layihəsi olan “Yaşamayanlar” serialında yer alıb.
 
Primetime.az xəbər verir ki, aktrisa seriala Kerem Bürsinlə olan intim səhnələrlə damğa vurub. Bürsinin sevgilisi rolunu canlandıran 30 yaşlı aktrisa verdiyi açıqlamalarla gündəmə düşüb.
 
Belə ki, o, “atama seriala baxma dedim, o da baxmadı. Düzdür, izləyici üçün çəkirik, biz profesionalıq. Amma o səhnələri izləyən ana və atamız olduqda narahat oluram. Ailəm aktrisa olduğum üçün bu tip səhnələrin çəkilməsinə heç bir söz demir. Yenə də izləmələrini istəmirəm” deyib.
 

Paylaş: