Gülyanaq: “Bir aydır ki, ayrılmışıq”
Tarix: 7-01-2019, 14:57



Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları "5/5" verilişində maraqlı açıqlamalar veriblər.
Teleqraf.com-un məlumatına görə, aparıcı Zaur Kamal bacılar haqqında "Heç vaxt aralarında söz-söhbət olmur. Bir binada yaşayırlar, heç vaxt soyuqluqları olmayıb. Olubsa da, evdən çıxmayıb" sözlərinə deyib.
Gülyanaq isə ona bu cür cavab verib: "Bir aydır ayrılmışıq, başqa evə köçmüşük. Amma bizsiz qala bilmirlər, qayıdacağıq həmin evə".

Sonda Gülyaz isə belə deyib: "Bizim mübahisəmiz buna görə olur. Deyirəm, geri qayıdın…”

Paylaş: