Məşhur model evində ölü tapılıb
Tarix: 7-01-2019, 10:45



Məşhur avstraliyalı model Annalise Braakensiek evində ölü tapılıb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, modeldən xəbər almayan dostları və yaxınları polisə məlumat verib.
Polis modelin evinə gedərək onun cəsədi ilə qarşılaşıb.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, 45 yaşlı model aprel ayında 16 illik həyat yoldaşından boşanıb. Daha sonra o, sosial şəbəkə hesablarında depressiv statuslar yayımlayıb.
Xatırladaq ki, Norveç əsilli Braakensiek karyerası boyunca bir çox marka üçün podiuma çıxıb, serial və filmlərdə rol alıb.

Paylaş: