“Ayə, hara gedirsən, ayə?” bəstəsinin müəllifi daha bir yeni mahnı ilə gəlir
Tarix: 7-01-2019, 10:31



2017-ci ildə AzTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) verilişində ifa etdiyi “Ayə, hara gedirsən, ayə?” adlı bəstəsi ilə gündəmə gələn gənc musiqiçi və aktyor Vüsal Rzasoy elə həmin vaxtdan efirlərdə və mətbuatda görünmür. 

Modern.az saytının əməkdaşı onunla əlaqə saxlayaraq, yeni planları, layihələri haqqında xəbər alıb. Danışmağı çox da sevməyən, sakit təbiətli müsahibimiz 2019-cu il üçün yeni bəstələr, tamaşalar, hətta konsert üzərində işləyir:


- Vüsal bəy, hazırda nə işlə məşğulsunuz? Yeni layihələr, ifalar üzərində işləyirsinizmi? 


- Hazırda yeni mahnılar üzərində çalışıram. Bundan əlavə, yeni bir musiqi layihəm var ki, bu günlərdə başlayacaq. 


- "Ayə, hara gedirsən, ayə?" bəstəsindən sonra bir müddət sanki musiqidən uzaqlaşdınız. Səbəb nə idi?


- Mən musiqiçi və aktyoram. Bu sənətləri bir-birindən fərqli olmayaraq sevirəm. Mən həmin dövrdə musiqidən uzaqlaşmadım, əksinə, sənətimdə daha çox işlədim, həm musiqiçi, həm də aktyor olaraq sənətimi öyrənməyə daha çox vaxt ayırdım. Keçən il aktyoru olduğum Dövlət Pantomim Teatrında yeni tamaşanın işlənməsi ilə məşğul idim.


-  Yeni layihələriniz də bəhs etdiyimiz ifanız qədər səs-küy yaradacaqmı? Necə düşünürsünüz?


- Bilmirəm. Açığını deyim, məqsədim səs-küy yaratmaq deyil. Mən sadəcə sənətimlə məşğulam.


- Bəs yeni işləriniz təxmini necə bir şeylər olacaq? 


- Bu il yeni konsert üzərində işləyirəm və həmin konsertdə işlərim göz qabağında olacaq. 


- Nə zamana planlaşdırmısınız konserti? 


- Bu barədə məlumatları önümüzdəki aylar ərzində mətbuata açıqlayacağam. Hələlik nə isə demək tezdir. 


- Bəs, teatrda işlər necədir?


- Dediyim kimi, 2018-ci ildə yeni tamaşalarımız oldu. Bu il yeniliklər gözlənilir. Rol aldığım tamaşalarla teatrsevərlərin qarşısında olacağam.

Paylaş: