Məşhur aktyordan yenidən Trampa sərt sözlər: "O, əsl irqçidir"
Tarix: 7-01-2019, 09:48



Dünya şöhrətli amerikalı aktyor Robert De Niro "Guardian" qəzetinə müsahibə verib.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor müsahibəsində yenidən ABŞ prezidenti Donald Trampın ünvanına təhqirlər səsləndirib.
O, Trampı real irqçi adlandırıb: "Artıq yaşlanmışam və baş verənlərə üzülürəm. Tramp kimi birinin prezident olduğunu görəndə, ümidlənmişdim. Amma o, məni yanıltdı. Bizə həqiqi irqçi olduğunu göstərdi. Bu, utancvericidir, ölkə üçün faciədir".
75 yaşlı aktyor ABŞ-da artan irqçilik səbəbiylə uşaqları üçün narahat olduğunu dilə gətirib. De Niro ABŞ prezidentinin ağdərililəri müdafiə etdiyini də vurğulayıb.

Paylaş: