Ən bahalı türk-rus serialı ”Qəlbimin sultanı” yanvarın 8-dən Birinci kanalda
Tarix: 7-01-2019, 09:02


Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanvarın 8-də Rusiyanın “Birinci kanal”ında “ Qəlbimin sultanı” serialının nümayişi başlayacaq. 

“Qəlbimin sultanı” Qazprom-Mediaya aid KİT studiyası ilə Maya Productions-ı təmsil edən Global Connection İnternational Media Group-un birgə layihəsidir və serial rus bazarında son illərin ən bahalı beynəlxalq televiziya layihəsi kimi qəbul olunub.

Serialda türk və rus aktyorlar oynayır.

Serialda hadisələr 1820-ci ildə Osmanlı İmperiyası dövründə cərəyan edir. İstanbulda xidmət edən bir rus ailəsinin qızı Anna sultan II Mahmudla tanış olur. Qızın ağlı və həyata olan yeni baxışları sultanı valeh edir. İmperator qızı saraya dəvət edir ki, varislərinə fransız dili öyrətsin. Anna imtina edir, sonra atası ətrafında baş verən intriqalar onu məcbur edir ki, sarayda casusluq etsin. Sarayda onun üçün çətin olur, amma.., sevgi, eşq çox şeyi dəyişir və...

Baş rolun ifaçısı Aleksandra Nikifirova çəkiliş müddətində türk dilini belə öyrəndiyini söyləyib.


Paylaş: