Daha bir kişi müğənnimiz başına saç əkdirdi - FOTOLAR
Tarix: 16-08-2017, 11:34


Müğənni Niyam Salami görünüşündə dəyişiklik edib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, başına saç əkdirib: “Heç bir zaman görünüşümə görə kompleksə düşən insan deyiləm. Sadəcə, səhnədə olduğuma görə belə bir şey etdim. İndi 80 yaşım yoxdur ki, özümə baxmayım. Saç əkmək üçün şərait var idi, mən də bundan istifadə elədim”.
 
Onu da əlavə edək ki, şou-biznesdə bu, ilk hal deyil. Bu günə qədər xalq artistləri Mənsum İbrahimov, Səməd Səmədov, müğənnilər Cabbar Musayev, Nadir Qafarzadə, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, prodüser Ataş və başlarına saç əkdirmişdilər.
 
Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır. 




 

 

 

 

Paylaş: