Devid Bekhemin bacısı yoxsuldur: o, əşyalarını satır
Tarix: 5-01-2019, 11:59



Bir zamanlar dünyanın ən məşhur futbolçularından olmuş ingilis Devid Bekhemin bacısı Linn yoxsulluqdan evdəki əşyaları satışa çıxarıb.

UlduzumSan.Az milli.az-a istinadən bildirir ki, 43 yaşlı Devid Bekhem 620 miyon dollarlıq varidata malikdir.

Onun bacısı, 47 yaşlı Linn isə eBay onlayn-hərracında səki plitələrini, uşaq paltarlarını, futbol butslarını, adyalları satışa çıxarıb.

2011-ci ildə Linn Bekhem gəlinlik paltarını 5,5 funt-sterlinqə eBayd-da satışa çıxarmışdı.

Devid Bekhem on il əvvəl bacısına Ramford şəhərində 250 min funt-sterlinqə ev alaraq bağışlayıb. Ərindən boşanmış Linn indi də bu evdə yaşayır. Linn Bekhem 1999-cu ildə Kolin Evri ilə ailə qurmuşdu. Bu izdivacda üç övlad doğulub.

Yeni İl münasibətilə Devid Bekhemin evində təşkil olunmuş ziyafətə Linn dəvət olunmamışdı.

Linn Bekhemin qeyri-rəsmi nikahda yaşadığı əri Kevin Briqqs iki həftə əvvəl həbs olunub.


Devid Bekhemin bacısı yoxsuldur: o, əşyalarını satır - FOTO
Devid Bekhemin bacısı yoxsuldur: o, əşyalarını satır - FOTO

Paylaş: