Nüsrət Riberini qızıl ətə qonaq etdi
Tarix: 4-01-2019, 17:26



Fransız futbolçu Frenk Riberi Nüsrət Gökçənin qonağı olub.
“Ölkə.Az” xəbər verir ki, Riberi Nüsrətin Dubaydakı restoranında qabırğa kababı yeyib. Alman mətbuatı kababın qiymətini üzə çıxarıb. Məlum olub ki, fransız futbolçu qızıl qabırğa kababına 7 min 500 lirə (təxminən 2500 manat) pul ödəyib.
Riberi İnstaqram səhifəsində video paylaşaraq “Yeni ilə başlamaq üçün bir çimdik duz və türk qardaşımın qonağı olmaqdan yaxşı yol yoxdur” yazıb.







Paylaş: