Türkiyəyə aparılan Ramiz Əzizbəylinin qızı: “İki ay vaxtımız var”
Tarix: 16-08-2017, 11:11


Müalicə üçün Türkiyəyə aparılan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylidən xəbər var.
Xalq artistinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib:
“Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin. Anam da yanındadır, mütəmadi əlaqə saxlayırıq. Hələ ki, ciddi irəliləyiş yoxdur. Çünki müalicə kursu tam bitməyib. Atamın müalicə kursu iki ay müddətində başa çatmalıdır. Yalnız iki aydan sonra vəziyyətinin necə olacağı barədə konkret nəsə demək olar. Hər şey Allahın əlindədir”.
Bəs görəsən aktyor əməliyyat olunacaqmı? Xalq artistinin qızı atasının yalnız müalicə kursu keçəcəyini bildirib:
“Atam yalnız terapiya olunur. Əməliyyata icazə vermirlər. Həkimlər deyir ki, bu, onun həyatı üçün təhlükəli ola bilər”.

Paylaş: