Hande Erçel anasının donoru olacaq
Tarix: 4-01-2019, 10:28



Məşhur aktrisa Hande Erçel anasının donoru olacaq. 

BiG.AZ xarici mətbuata xəbər verir ki, anasının yanından bir an belə ayrılmayan Hande onun kök hüceyrələr donoru olacaq.

Qeyd edək k, aktrisanın anası xərçəngdən əziyyət çəkir. Anasına görə çox narahat olan aktrisa bu yaxınlarda verdiyi açıqlamada onun sağalmağa doğru getdiyini söyləyib. 24 yaşlı Erçel “Bu müddətdə min il böyüdüb. Amma şükürlər olsun, hər şey yolundadır” deyib. 

Hande Erçel anasının donoru olacaq - Foto

Paylaş: