Rozanın 2-ci oğlu da əsgər oldu
Tarix: 3-01-2019, 15:08



Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü ikinci oğlu Jerar Qafarov da hərbi xidmətə yola düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib. 
Roza oğlanlarının fotosunu paylaşaraq iki əsgərin anası olduğunu qeyd edib: “Canım, mənim son beşiyim Jerar Qafarov da əsgər oldu. Sağ-salamat get! Allah bütün əsgərləri qorusun. İki əsgər oğulun anası olmaq qürurvericidir”. 
Qeyd edək ki, R. Zərgərlinin digər övladlığa götürdüyü oğlu Corc Qafarov da hərbi xidmətdədir. Sənətçi bu günə kimi 3 uşaq övladlığa götürüb. O, təkcə Bənövşə adlı qızının bioloji anasıdır. 



D

Paylaş: