“50 il onunla yaşamaq ümidi ilə…”
Tarix: 3-01-2019, 10:08




Bir müddət əvvəl ABŞ-a köçən aparıcı Günel Hümbətova evliliyinin 5 illiyini qeyd edib.  “Qafqazifo” xəbər verir ki, hazırda bloqer kimi fəaliyyət göstərən Günel instaqram səhifəsində həyat yoldaşı və qızı ilə şəklini paylaşıb. 
Keçmiş televiziya siması fotoya “Bu gün rəsmi evliliyimizin 5-ci ilinə keçirik. 50 il daha onunla yaşamaq ümidi ilə”- şərhini yazıb.  

Qeyd edək ki, G.Hümbətova və Firuz Soliyev 2015-ci ildə Las-Veqasda ailə qurub. Onların bu nikahdan Josefina adlı qızı var. 
Aparıcı Azərbaycanda, həyat yoldaşı isə ABŞ-da yaşayırdı. Günel ötən ilin iyul ayında Nyu-Yorka, həyat yoldaşının yanına köçmüşdü. 

Paylaş: