“O, iradəsi ilə buna qalib gəldi...”- Əməkdar artist...
Tarix: 2-01-2019, 12:56



Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Moderator.az -a açıqlamasında yola saldığımız 2018-ci ilin onun üçün uğurlu bir olduğunu bildirib:

“2018-ci il yaddaşımda sənət dolu bir il kimi qaldı. Çoxlu səfərlərimiz oldu və bunun bizim üçün uğurlu bir il olduğunu deyə bilərəm. Bundan başqa bölgələrimizdə də konsertlərimiz oldu. Fürsətdən istifadə edib hamınızın bayramını təbrik edirəm”. 

F.Qasımova bir müddət əvvəl atasının səsində yaranan problemdən də danışıb:

“Allaha şükür ki, Alim müəllimdə o bir yorğunluq halı idi. O, iradəsi ilə  buna qalib gəldi və indi hər şey yaxşıdır. İndiki səsi cavalıq səsindən də şaqraq və daha qüvvətlidir. 2018-ci il dekabrın 15-də Naxçıvandakı konsertdində sübut etdi ki, Alim Qasımov Allahın seçdiyi əvəzolunmaz insanlardandır”.

Xatırladaq ki, Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb. Hazırda Konservatoriyanın aspirantıdır. 2002-ci ildən A.Zeynallı adına musiqi məktəbində müəllimədir. 

1996-cı ildən atası-xalq artisti Alim Qasımovla səhnədə muğam ifa edir. 

Paylaş: