"Həyatı mənə sevdirənim, indi həyata nifrət edirəm"
Tarix: 2-01-2019, 12:28



Əməkdar artist Gülbahar Şükürlü həyat yoldaşının itkisinə dözə bilmədiyini etiraf edib.
AzNews.az xəbər verir ki, qarmon ifaçısı bu barədə sosial şəbəkədə yazıb:
“Həyatı mənə sevdirənim, indi həyata nifrət edirəm. Zahid, sənin yoxluğuna hələ də inana bilmirəm. Allaha üsyan eləmirəm. Amma sənsiz çox cətindir. Sən axı hec vaxt mənim ağlamağımı istəməzdin. Ancaq məni fikirləşərdin. Məni kimə tapşırdın getdin. Bəs, niyə məni fikirləşmədin. İnsanlar, xahiş edirəm məni qınamayın. Çox ağır itki oldu, dərdimi sizinlə bölüşürəm. Yaxşı həyat yoldaşı itirənlər, indi bildim siz nə cəkmisiniz”.
Qeyd edək ki, dekabrın 20-də əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı dünyasını dəyişib.

Paylaş: