Hamilə olduğu deyilən Ebru görünüşü ilə təəccübləndirdi
Tarix: 1-01-2019, 12:10



Ötən aylarda tez-tez Amerikaya həyat yoldaşı Rza Zərrabın yanına gedən türkiyəli müğənni Ebru Gündeşin hamilə olduğu iddia olunur.
"Qafqazinfo" xəbər verir ki, Kanal D-də yayımlanan "2-ci Səhifə" proqramında müğənninin bir fotosu müzakirə mövzusuna çevrilib.

Gündeşin qarnının və üz-gözünün şişkin olması hamiləliklə əlaqələndirilib. Yeni il konsetində də artıq çəkisi ilə diqqət çəkən məşhur daha sonra iddialarla bağlı açıqlama verərək deyilənlərin yalan olduğunu bildirib.
 



Paylaş: