“Belə bir gündə dünyaya gəldiyim üçün xoşbəxt adamam…”- Xalq artisti…
Tarix: 1-01-2019, 11:41



Dünən xalq artisti Yalçın Rzazadənin doğum günü idi. Y.Rzazadə 1946-cı il dekabrın 31-də Lənkəran rayonunda anadan olub. Doğum günüylə bağlı Moderator.az-a danışan xalq artisti, belə gündə doğulduğu üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib:

“Belə bir gündə dünyaya gəldiyim üçün xoşbəxt adamam. Adətən doğum günlərim dekabrın 27-dən başlayır, dostlarım, tələbələrim təbrik edirlər. Bu gün isə evdə oluram, ailəmlə qeyd edirəm. Yolka bayramını çox xoşlayıram. Mən Allaha inanan adamam sizlərin də bayramını təbrik edirəm. Diqqətiniz üçün minnətdaram”.

Xatırladaq ki, bu il noyabrın 15-də Heydər Əliyev Sarayında Yalçın Rzazadənin sənətinin əlli illiyinə həsr olunmuş konserti keçirilib. 

Paylaş: