Azərbaycan ifaçılarının kompozisiyaları 50 ən populyar mahnı siyahısındadır
Tarix: 29-12-2018, 11:28



Azərbaycan ifaçılarının – Aysel və Araş dueti və Ayselin (solo) kompozisiyaları 2018-ci ildə “Eurovision” müsabiqəsi hitlərinə baxışların sayına görə 50 ən populyar mahnı siyahısına daxil edilib.
UlduzumSan.Az-ın məlumatına görə, Aysel və Araş duetinin “Always” kompozisiyası 50-ci yerdədir.
Xatırladaq ki, 2009-cu ildə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən duet üçüncü yeri qazanmışdı.
Azərbaycanın digər təmsilçisi, “Eurovision-2018”in iştirakçısı Aysel Məmmədovanın (AISEL) “X My Heart” mahnısı 45-ci yeri tutub.
Qeyd edək ki, 2018-ci ildə “Eurovision”un ən populyar mahnılarının siyahısı müsabiqə təşkilatçılarının rəsmi “YouTube” kanalında hissə-hissə yayımlanır. İndiyədək 41-50-ci yerləri tutan hitlər təqdim edilib.

Paylaş: