“Əgər desələr ki, efirlərə çıxmağa layiq deyiləm...” - Xalq artisti telekanallarımızdan gileyləndi
Tarix: 28-12-2018, 11:07



“Televiziya rəhbərlərindən soruşun ki, Canəli Əkbərov efirlərə çıxmağa layiq deyilmi?” 
 Bunu Moderator.az-a açıqlamasında xalq artisti Canəli Əkbərov uzun müddətdir ki, görünməməsinə aydınlıq gətirərkən deyib. Xalq artisti onun tamaşaçılar qarşısında çıxış edə bilməməsinə televiziyaların səbəb olduğunu bildirib:

 “Televiziya rəhbərlərindən soruşun ki, Canəli Əkbərov efirlərə çıxmağa layiq deyilmi? Əgər desələr ki, layiq deyil, siz bunu qəbul edərsiniz, amma birdən çaşıb deyərlər ki, layiqdir. (Gülür) Mənim kimi bir sənətkar efirlərdən uzaq düşüb. Axşama kimi efirlərimizdə bayağı, şit mahnıları yayımlayırlar. Buna görə də tələbələrimlə məşğul oluram. Tədbirlərdə iştirak edirəm. Bu gün Beynəlxalq Muğam Mərkəzində daha bir tədbirimiz olacaq. Hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm”.

Paylaş: