İlin ən ekstravaqant müğənnisi kimdir?
Tarix: 28-12-2018, 10:29




"Azərbaycanın Səsi-2014" və Ukraynanın " XFactor-2015"də fərqli performans sərgiləyən Cəmil uğurlarının hesabatını açıqlayır...

UlduzumSan.Az xəbər verir ki, 2018-ci ildə Azərbaycanın şou dünyasında ən çox uğur qazanan imzalardan biri də xarizmatik müğənni Cəmildir. Belə ki, əldə etdiyi nailiyyətlər istedadlı ifaçının  adını yerli mətbuatının manşetlərinə bəzək etdi. 
UlduzumSan.Az oxucuları üçün ilin yekunu şərh edən Cəmil, 2018-ci illə belə sağollaşır: "Bu il ən çox yerli mətbuatının mənə yer ayırdığına sevindim. Bu nəinki 2018-cı ilin, hətta bir çox illərimin bəhrəsidir. Mən hər il sənətim üzərində daha çox işləməyə çalışıram. Və bunun mükafatını da alıram. Yola salmağa hazırlaşdığımız ilin xoş hadisələrindən biri də xalq artisti, səhnəmizin divası Aygün Kazımova mənə dəstək olması, "Best of Best 2018" milli mükafatı ilə təltif olunması  hər bir gənc  ifaçının gerçəkləşdirmək istədiyi bu arzunu, öz adımla bağladım".
Rəqibsiz müğənni 2019-cu il üçün cızdığı planlarından da söz açdı: "Hər dəfə olduğu kimi üzümüzə gələn ildən də yalnız müsbət hadisələr gözləyirəm. Sözsüz ki, daha böyük uğurlar əldə etmək üçün yenə də əlimdən gələni edəcəyəm. Mən bütün Azərbaycan xalqına yalnız xoş günlər diləyirəm. Allah hər zaman bizi sevindirsin".








Paylaş: