Sılanın Bakıya gəlmə tarixi dəyişdi
Tarix: 27-12-2018, 13:03



Türkiyəli müğənni Sıla  dekabrın 29-u  Bakıda konsert proqramı ilə çıxış edəcək.
 
Primetime.az xəbər verir ki, konsert Bakı Konqres Mərkəzində baş tutacaq.
 
İlk dəfə Azərbaycanda solo konsert verəcək müğənninin gəlişi konsertdən 1 gün əvvələ təsadüf edəcək. Sıla xüsusi istəyi ilə Bakıya konsertöncəsi gəlməklə paytaxtımızı gəzmək niyyətindədir. Onun bu istəyini nəzərə alan təşkilatçılar dekabrın 28-i sənətçi üçün gəzinti təşkil edəcək, gəzinti çərçivəsində onu Bakının maraqlı məkanları, eləcə də dünyaca məşhur olan milli mətbəximizlə tanış edəcəklər.

Paylaş: