Ranardan qızlara irad — "Soyunmazdınız, göstərməzdilər"
Tarix: 26-12-2018, 15:08



"Maşın" şounun iştirakçıları media nümayəndələri ilə görüşüb və sualları cavablandırıblar.
UlduzumSan.Az Axşam.az-a istinadən xəbər verir ki, xanım müğənnilər Səmra Rəhimli və Dilarə Kazımova mediada yayılan açıq-saçıq görüntülərindən danışıblar. Onlar "Siz yaymışdınız bizim açıq-saçıq geyimlərimizlə bağlı görüntüləri" sözlərini deyiblər. 
Həmin an isə aparıcı Ranar Musayev onlara "Soyunmazdınız, göstərməzdilər" cavabını verib. 
Dilarə isə daha sonra "Bu da lazımdır. Hərə bir şeylə yadda qalır: geyimlə, səslə, oyunla. Biz qışqırmırıq, oynayırıq" sözlərini deyib.
Səmra isə "Demək, biz geyimlərimizlə kiminsə diqqətini çəkmişik" cavabını verib.

Paylaş: