Tolik "Mətanəti İstanbulda ağlatmışam" fikrinə AYDINLIQ GƏTİRDİ
Tarix: 25-12-2018, 17:04



Prodüser Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində səsləndirdiyi "Mətanət Əsədovanı İstanbulda ağlatmışam" fikrinə aydınlıq gətirib. Tolik "Ölkə.Az"ın əməkdaşıyla söhbətində deyib:
"Bir dəfə Mətanət, mən və Anar Ağakişiyev İstanbula getmişdik. Bir az piyada yol gedəndən sonra başladı ağlamağa. Dedim ki, ay qız, bura oteldə oturmağa gəlməmişik ki.  Yəni "Mətanəti İstanbulda ağlatmışam" deyəndə bunu nəzərdə tuturdum".
Qeyd edək ki, "Hər şey daxil" verilişinin bugünkü qonağı Mətanət Əsədova olub.

Paylaş: