Həbib Nurmaqomedov "Diriliş Ertuğrul" serialına çəkilib
Tarix: 25-12-2018, 09:33



Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurmaqomedov "Diriliş Ertuğrul" serialına çəkilib.
"Report"un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.
"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Həbib Nurmaqomedov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.

Paylaş: