“Kiminsə ərini əlindən almamışam ki…”
Tarix: 24-12-2018, 11:05



Rəqqasə Fatimə Fətəliyeva 11 ildir mətbuatdan gizli saxladığı həyat yoldaşından danışıb. “Qafqazinfo” xəbər verir ki, “X maqazin” proqramına qonaq olan rəqqasə ərinin mediada yayılan fotolarından narahat olduğunu qeyd edib:
“Bu yaxınlarda məni incidən xəbər oldu. Şəxsi “WhatsApp”ımda ailə üzvlərimin şəklini paylaşmışam. Jurnalist nə ixtiyarla həyat yoldaşımın fotolarını götürüb saytda xəbər yazır? Sosial şəbəkələrdə şərh yazırlar ki, bunlar həyat yoldaşlarını niyə gizlədir? Tanıyanlar bilir ki, 11 ildir ki, normal ailəm var. Mən kiminsə ərini əlindən almamışam ki, gizlədim, Kimdənsə qorxub çəkinmirəm. Bu insan sosial şəbəkələrdə görünmək istəmir. Onun xarakteri belədir”. 

Qeyd edək ki, F. Fətəliyeva Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı var.  Rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı dünyaya gəlib.  

Paylaş: