"Bir iş görməzdən əvvəl falçıyla məsləhətləşirəm"
Tarix: 24-12-2018, 10:58



"Qızımın 5 yaşı olur, dayə götürmədim, özüm böyütdüm. Amma artıq lazımdır, işimlə məşğul olmalıyam. Uşaqla alınmır".

BiG.AZ-ın məlumatına görə, bu sözləri müğənni Günel Ələkbərova "Şou məkan" verilişinə açıqlamasında deyib. Sənətçi falçılardan danışıb. O, tez-tez falçı qəbuluna getdiyini etiraf edib: 

"Gizlətmirəm, gedirəm falçıya. Kim yaxşı gündən gedir falçıya? Dara düşəndə, psixoloji sarsıntı yaşıyanda adam təsəlli tapır. Başqaları kimi gedib mərdimazarçılıq etmirəm. Sıxıntım olanda yanına getdiyim falçılar var. Biz müğənnilərin adı çıxıb, o qədər adi adamlar gedir ki... 

Falçılar haqda danışıram, başlayır hamı yazmağa ki, adı nədir getdiyin falçının? İndi qadınlardan çox kişilər gedir. Kişi müğənnilər var ki, gedib ruzi duası yazdırırlar. Hansısa bir işi görməzdən əvvəl falçıyla məsləhətləşirəm".



Paylaş: