9 gün əvvəl maşından əlini çəksə də... - Dünən çıxarıldı
Tarix: 24-12-2018, 10:19



ATV kanalında yayımlanan “Maşın” realiti şousunun qalmaqallı iştirakçısı Nazilə Səfərlinin qayda pozduğu aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, şairənin əlini avtomobildən götürdüyünü əks etdirən kadrlar ortaya çıxıb. Hadisə isə dünən deyil, yarışmanın ikinci günündə baş verib. 
Videodan məlum olur ki, o, bilmədən iki əlini də maşından çəkir. Hətta qonaq qismində olan müğənni Xatun Əliyeva və digər tamaşaçılar bunun fərqinə varır və Səfərliyə xəbərdarlıq edir. Şairə isə həmin gün heç nə olmamış kimi əlini yenidən maşının üzərinə qoyur.
Bu arada qeyd edək ki, həmin buraxılışda N. Səfərli səsverməyə çıxaraq qalib olmuş, amma heç kimi yarışmadan uzaqlaşdırmamışdı. 

Növbəti gün isə instaqram istifadəçilərinin mövzu ilə bağlı iddiasına M. Dadaşov canlı efirdə cavab verərək belə hadisənin baş vermədiyini qeyd edib.
N. Səfərli qayda pozsa da, şoudan kənarlaşdırılmayıb, 9 gün sonra, kadrlar sosial şəbəkələrdə yayılan kimi aparıcı-aktrisa Xəyalə Quliyevanın hədəfi olaraq şoudan çıxarılıb. 



Paylaş: