“Ərimə onunla xəyanət etdim”
Tarix: 21-12-2018, 12:36



ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan həyat yoldaşı, məşhur repçi Kane Uestə xəyanətini etiraf edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Amerikada qatıldığı televiziya proqramlarından birində danışıb.
Lakin model həyat yoldaşına kiminlə xəyanət etdiyini etiraf etməsə də, Kanenin bundan xəbərdar olduğunu bildirib:
“Bu, kiçik bir xəyanət hadisəsi idi. Biz sadəcə öpüşdük. Ani olaraq, hissə qapıldıq. Belə desək, özümüzü itirdik”.
Jurnalistin “O kimdir?” sualına Kardaşyanın cavabı belə olub:
“Bunu artıq müzakirə etmək istəmirəm”.
Qeyd edək ki, Kim Kardaşyan bundan əvvəl sosial şəbəkədə şəffaf geyimlərdə və yarı-çılpaq pozalarda paylaşdığı fotolarla həyat yoldaşını qısqandırdığını etiraf etmişdi.

Paylaş: