"Çarpışma"da məşhur Azərbaycan mahnısı
Tarix: 21-12-2018, 11:26



Show TV-də yayımlanan “Çarpışma” serialında Azərbaycan mahnısı səsləndirilib. 

Axşam.az-ın məlumatına görə, Kıvanç Tatlıtuğun (Kadir) və Elçin Sanqunun (Zeyneb) baş rolunu ifa etdiyi ekran işində "Nazəndə sevgilim" mahnısından istifadə edilib. Zeynəb və Kadirin uşaqlıq illərini xatırladığı səhnədə sözügedən mahnı səsləndirilib. 

37-ci dəqiqədə səsləndirilən mahnını Dilek Türkan oxuyub. 

Qeyd edək ki, "Nazəndə sevgilim" mahnısının sözləri İslam Səfərliyə, musiqisi Andrey Babayevə məxsusdur. Bəstənin ilk ifaçısı Rəşid Behbudov olub.



Paylaş: