Nura Surinin də mahnısı plagiat çıxdı
Tarix: 20-12-2018, 15:12



Müğənni Nura Surinin mahnısı plagiat çıxdı.
 
Primetime.az xəbər verir ki, ifaçının bu yaxınlarda təqdim etdiyi “Gitme” mahnısı, sən demə hind mahnısı ilə eyni imiş. Belə ki, sözügedən mahnı “Ustad hotel” filmindəki, “Mel mel mel vinnile” treki ilə birə-birdir. Film 2012-ci ildə rejissor Anvir Raşid tərəfindən ekranlaşdırılıb.
 
Nura Surinin mahnısı 2018-ci ilin dekabrın 2-də “YouTube” səhifəsinə yerləşdirilib. Mahnının musiqisi özünə və Əvəz Muradova məxsus olduğu qeyd olunub.
 
Məsələ ilə bağlı müğəninin mətbuat katibi Pərviz Hüseyn ilə əlaqə saxladıq:
 
“Mahnı təbii ki, plagiat deyil. Sadəcə sözügedən mahnıdan bir neçə hissə götürələrək “Gitme”də istifadə olunub. Bunu da Nura Surinin bir neçə mahnısında görə bilərsiniz. Çünki öz istəyilə dəyişikliklər etdirir. Bu, dünya praktikasında da var. Əsas odur ki, insanlar dinləyəndə zövq alırlar və mənfi enerjiyə köklənib bədbinləşmirlər”.
 
Qeyd edək ki, N.Surinin “Mazoxisto” mahnısı, Şakiranın “Chantaje” ilə bənzərliyi ilə gündəmə gəlmişdi.







Paylaş: