Zaurun anasına verdiyi sual MƏƏTTƏL QOYDU: Məni gecə, yoxsa ...
Tarix: 20-12-2018, 11:20



Zaur Kamal aparıcısı olduğu proqramda qonağı Baloğlan Əşrəfovdan doğum gününü təbrik etməsini istəyib.

Aparıcı əməkdar artistə "Sabah mənim ad günümdür, Baloğlan müəllim. Mənə nə demək istəyirsən?" sözləri ilə müraciət edib.

B.Əşrəfov Zaura "Kişi xeylaqlarını mən adətən belə təbrik edirəm: "Səni təbrik edirəm, bağrıma basıram". İndi mənə de görək, səni anan gecə doğub, gündüz? Ona uyğun mahnı ilə təbrik edim" ifadələrini işlədib.

Əməkdar artistin sözlərindən dərhal sonra Zaur heç kimin gözləmədiyi halda efirdən anasına zəng edib. Məsələdən anasını agah edən aparıcı onu dünyaya gecə, yoxsa gündüz gətirdiyini soruşub.

Aparıcının bu hərəkəti hər kəsin gülüşünə səbəb olub.

mənbə: milli.az
Zaurun anasına verdiyi sual MƏƏTTƏL QOYDU: Məni gecə, yoxsa ... - FOTO

Paylaş: