Moskvada tanınmış azərbaycanlı rejissorla vida mərasimi keçirilib
Tarix: 15-08-2017, 10:38



Moskvada "Jar-ptitsa" Kukla Teatrında teatr rejissoru, Azərbaycan əməkdar artisti Mərdan Feyzullayev ilə vida mərasimi keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, mərasimdə mərhumun işlədiyi teatrın truppası, Moskvanın yaradıcı ziyalıları, Azərbaycanın Rusiyadakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Çıxış edənlər M.Feyzullaevin teatr sənətinin, Rusiya və Azərbaycan arasında humanitar və mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Rejissor bu gün Şəki rayonundakı doğma Kiş kəndində dəfn ediləcək. 2010-cu ilin noyabr ayında Azərbaycanın əməkdar artisti olan M.Feyzullaev Rusiyada ən yüksək mükafata - II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, teatr rejissoru Moskva Kukla Teatrında 20 ildən çox fəaliyyət göstərib.




Paylaş: