"Yazırlar ki, Zahid Sabirabadlı narkoman idi"
Tarix: 19-12-2018, 11:31



Prodüser Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində ötən gün qəflətən vəfat edən məşhur klarnet ifaçısı Zahid Sabirabadlıdan danışıb.
"Ölkə.Az"-ın məlumatına görə, o, musiqiçi barədə neqativ fikirlər yazanları sərt tənqid edib:
"Guya hansımız günahsızıq? Zahid narkoman idi yazırsınız. Axı sizə nə? Hüseyn Dərya öldü eyni sözləri yazdınız, Anar Nağılbaz vəfat edəndə yenə ağlınıza gələni yazdınız".
Qeyd edək ki, Z.Sabirabadlı ötən gün 46 yaşında vəfat edib.

Paylaş: