Məşhur müğənni faciəvi şəkildə öldü - Avtomobili çaya düşdü
Tarix: 19-12-2018, 10:44



Rumıniya-Kanada əsilli müğənni Anka Pop faciəvi şəkildə dünyasını dəyişib.
Open.az "CNN"ə istinadən xəbər verir ki, 34 yaşlı məşhur müğənninin avtomobili Danube çayına düşməsi nəticəsində boğularaq vəfat edib.
Yeni il öncəsi ailəsini ziyarət üçün yola çıxan gənc müğənninin bacısı ondan xəbər almayınca polisə məlumat verib.
Onu tapmaq üçün səfərbər olan polis Rumıniyadakı Danube çayına bir avtomobilin düşdüyünü ortaya çıxarıb.

Aparılan araşdırmalar nəticəsində sudan müğənninin cansız bədəni çıxarılıb.
Qeyd edək ki, musiqi həyatına 2004-ci ildə başlayan müğənninin həyatı 2008-ci ildə məşhur sənətçi Qoran Bregovi ilə tanış olması və albomu üçün birgə çalışmaları sayəsində dəyişmişdi.



Məşhur müğənni faciəvi şəkildə öldü - Avtomobili çaya düşdü - FOTO
Məşhur müğənni faciəvi şəkildə öldü - Avtomobili çaya düşdü - FOTO

Paylaş: