Xalq artisti Afaq Bəşir qızının doğum tarixidir
Tarix: 15-08-2017, 10:13


Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət Musiqili Teatrının aparıcı aktrisası Afaq Bəşir qızının doğum tarixidir.
Ulduzumsan.Az-ın məlumatına görə, Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildən Sumqayıt Dövlət Dram Teatrında işləyib. Aktrisanın "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazını koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə yaradıcılıq nümunəsi hesab edilə bilər. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və s. tamaşalar bu sıradandır.
Teatr və kino sənətində qazandığı uğurlara görə sənətkar "Əməkdar artist", "Xalq artisti" fəxri adlarına, "Qızıl Dərviş" mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə Prezidentin fərdi təqaüdü ilə təltif olunub. 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Paylaş: