Məşhur aktyorla bağlı qalmaqal
Tarix: 17-12-2018, 13:27



Aktrisa Yel Stoun məşhur avstraliyalı teatr və kino aktyoru, “Oskar” laureatı Ceffri Raşı ona qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham edib.
Bu haqda “The New York Times” məlumat yayıb.
Aktrisanın iddiasına görə, Raş 2010-cu ildə kino çəkilişləri vaxtı qrim otağında onun qarşısında çılpaq oynayıb.
O, aktyorun onu hamamda çiməndə güddüyünü və ona “iyrənc məktublar” göndərdiyini deyib. Stoun indiyədək məsələni ictimailəşdirməkdən çəkindiyini söyləyib.
Qeyd edək ki, Ceffri Raş müxtəlif mötəbər kino və teatr mükafatlarının sahibi, “Oskar”, ikiqat “Qızıl Qlobus” və üçqat BAFTA laureatıdır. Daha çox “Parıltı” (1996), “Vurğun Şekspir” (1998), “Elizabet” (1998), “Quills” (2000), “Frida” (2002), “Karib dənizi quldurları” (2003, 2006, 2007, 2011), “Kral danışır!” filmlərində oynadığı rolları ilə tanınır.(oxu.az)

Paylaş: