Adriana türk sevgilisindən ayrıldı - Xəyanətə görə
Tarix: 12-12-2018, 13:12



Brazilyalı model Adriana Limanın evlənməyə hazırlaşdığı türk sevgilisi Metin Harayla ayrıldığına dair xəbərlər yayılıb.
Open.az xəbər verir ki, Lima sevgilisini “İnstagram” hesabından da çıxarıb.
Lakin Metin hələ də sosial şəbəkələrdə sevgilisini izləməyə davam edir.
Cütlüyün xəyanətə görə ayrıldığı iddia olunur.
Xatırladaq ki, Adriana və Metin bir il yarımdır eşq yaşayır.

Paylaş: