Şakira 14,5 milyon vergi borcunu ödəyib
Tarix: 12-12-2018, 12:35



Dünya şöhrətli kolumbiyalı müğənni Şakira 14, 5 milyon vergi borcunu ödəyib.
Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "El Periodico" qəzeti məlumat yayıb.
Sənətçi borcunu ödədiyi halda, Barselona prokurorluğu Şakiraya qarşı iddia hazırlayır.
Qeyd edək ki, İspaniya vergi dairələri Şakiranın 2011-2014-cü illərdə maliyyə qeydlərinin yoxlanılmasını istəyib. Əsas dairə bu dövrdə sənətçinin İspaniyada yaşadığını, ölkə daxili gəlirlərlə yanaşı, xaricdən də qazandığı pullara görə vergi ödəməsinin qanuna uyğun olduğunu söyləyib. Bildirilib ki, pop ulduz bu əməllərinə görə həbs oluna bilər.
Xatırladaq ki, 40 yaşlı ifaçı futbolçu Pike ilə 2010-cu ildən ailəlidir. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.

Paylaş: