Niyaməddin Musayev Heydər Əliyevlə ilk görüşündən DANIŞDI
Tarix: 12-12-2018, 11:42



Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, 2003-cü il 12 dekabrda əbədiyyətə qovuşub.
"Ölkə.Az" xəbər verir ki, xalq artisti Niyaməddin Musayev Xəzər televiziyasının səhər proqramında Heydər Əliyevlə ilk görüşündən danışıb. 
"Heydər Əliyev Naxçıvana qayıdanda mən Azərbaycan Konsert Birliyində çalışırdım. Öz təşəbbüsümlə Afiyəddin Cəlilovla əlaqə yaratdım. O vaxt o, Naxçıvanda idi.  Söylədim ki, mən öz ansamblımla Naxçıvanda konsert vermək istəyirəm. Beləliklə, mən Heydər Əliyevlə görüşə getdim. Afiyəddin Cəlilovla yenidən əlaqə yaradıb soruşdum ki, mən gələndə Ulu Öndərlə görüşə biləyəcəmmi? O da mənə dedi ki, gəl, konsert verərsən, Heydər Əliyev sənin mahnılarını çox sevir. Daha sonra görüşərsən. O, mənim ikinci konsertimə təşrif buyurdu. Çox həyacanlıydım. Necə də olmayım axı? Mən birinci dəfə onun qarşısında çıxış edəcəkdim. O, zala daxil olanda bütün xalq ayağa qalxdı. Sona qədər konsertə qulaq asdı. Mən  səhnədən düşüb ona yaxınlaşaraq bir dəstə gül çələngi təqim etdim. Konsertdən sonra mənə dedilər ki, Heydər Əliyev səninlə görüşmək istəyir. Bizim görüşümüz 2 saat çəkdi. Bu vaxt ərzində maraqlı söhbətimiz oldu".

Paylaş: