Dünya ulduzu Bakıya gəlir
Tarix: 11-12-2018, 09:55



“Rammstein” qrupunun solisti, məşhur rok ifaçısı Till Lindemann Azərbaycana gəlir.  “Qafqazinfo” xəbər verir ki, onun Bakıya gəlmə səbəbi pərəstişkarları ilə görüş keçirməsidir.  
Görüş dekabrın 15-də Bakı Kitab Mərkəzində baş tutacaq, orada avtoqraf sessiya keçiriləcək. 
Qeyd edək ki, rok ifaçısı sonuncu dəfə ötən il Bakıya gələrək “Jara” musiqi festivalında iştirak edib.

Paylaş: